Azərbaycan Premyer Liqasının XXX turunun daha bir matçı keçirilib.
Sportnet.az xəbər verir ki, "Zirə" "Qəbələ"ni qonaq edib.
Qəsəbə təmsilçisi ikinci hissənin sonlarında Junior Martinsin vurduğu qolla qələbə qazanıb.
Bu qələbə ilə xal ehtiyatlnı 49-a yüksəldərək 4-cü pilləyə yüksəlib. 20 xalı olan "Qəbələ" isə 11-ci pillədə qalıb.
Digər tərəfdən, 32 xalla 9-cu yerdə gedən "İmişli" gələn mövsüm də Premyer Liqada yerini təmin edib. Mövsümün qalan hissəsində Premyer Liqada qalmaq uğrunda 3 komanda - "Kəpəz", "Qəbələ" və "Karvan-Yevlax" mübarizə aparacaq.
Azərbaycan Premyer Liqası
XXX tur
3 may (bazar)
16:00. “Şamaxı” – “Sabah” - 0:3
Qollar: Stiv Solvet, 37; Coy Lens Mikels, 78; Umarali Raxmonaliyev, 90+1 (pen.)
Sarı vərəqələr: Rəhman Daşdəmirov, 21 (qeyri-idman hərəkəti); İvan Lepiniça, 51 (qeyriidman hərəkəti); Cəfər Muxtarov, 85 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə - dəq.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu, 1 500 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) (80. Həbib İsmayılov, 46) 5. Arsen Ağcabəyov 27. Emil Süleymanov (21. Bilal İsmayılov, 79) 82. Rüfət Abbasov 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 66) 10. Andrey Tirkoveanu (7. Edqar Adilxanov, 46) 3. Vladislav Veremeyev 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos (8. Alfons Msanqa, 36)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 55. Nicat Mehbalıyev 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 3. Stiv Solvet 27. Timoteuş Puxaç (17. Tellur Mütəllimov, 42) 13. İvan Lepiniça (89. Cəfər Muxtarov, 83) 11. Kahim Parris (70. Cesse Sekidika, 70) 99. Patrik Mbina (9. Xəyal Əliyev, 70) 7. Umarali Raxmonaliyev 19. Aron Maluda (20. Coy Lens Mikels, 70)
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 94. Rəvan Mirzəmmədov 40. İqor Noqeyra 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
18:30. “Zirə” – “Qəbələ” - 1:0
Qol: Junior Martins, 78
Sarı vərəqələr: Brahim Konate, 44 (hakimin qərarına etiraz); Giorgi Papunaşvili, 74 (qeyriidman hərəkəti); Hacıağa Hacılı, 81 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu, 150 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 4. Ruan Renato 9. Davit Volkov 28. Leroy Mikels (73. Anatoli Nuriyev, 60) 10. Giorgi Papunaşvili (26. Stefan Aka, 80) 20. İssa Cibrila (21. Hacıağa Hacılı, 80) 93. Brahim Konate (30. Rikardo Martins, 60) 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın (11. Junior Martins, 73)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 88) 10. Şahin Şahniyarov (50. Adriel Ba Loua, 80) 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde
Baş məşqçi: Kaxaber Tsxadadze
Xatırladaq ki, mayın 2-də startı verilən turun ilk iki görüşündə "Kəpəz" evdə "Sumqayıt"ı 2:1, "İmişli" isə səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
------------------------------------------------------------
Azərbaycan Premyer Liqasının XXX turunun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Şamaxı" doğma meydanda "Sabah"la qarşılaşıb.
Çempionluğunu rəsmiləşdirən Masazır təmsilçisi region klubunu 3 cavabsız qolla məğlub edib.
Qolları Stiven Solvet, Coy Lens Mikels və matçın uzatma dəqiqələrində penaltidən Umarali Raxmonaliyev vurub.
Mikels bu oyunda fərqlənməklə qol sayını 19-a çatdıraraq bombardirlər siyahısındakı liderliyini daha da möhkəmləndirib.
"Bayquşlar" isə bu qələbə ilə xal ehtiyatını 75-ə çatdıraraq "Qarabağ"la fərqi bir qədər də artırıb. "Şamaxı" isə 35 xalla 8-ci pillədə qalıb.
----------------------------------------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXX turunun 2 matçı keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk görüşü Şamaxı şəhər stadionunda olacaq. Eyniadlı komanda "Sabah"a qarşı oynayacaq.
Saat 16:00-da start götürəcək görüşü Kamal Umudlu idarə edəcək.
Masazır təmsilçisi meydana çempion kimi çıxacaq. Meydan sahibləri oyundan əvvəl qonaqlar üçün çempionluq dəhlizi açacaq.
35 xalı olan "Şamaxı" 8-ci sıradadır. "Sabah" isə 72 xalla siyahının lideridir.
Tərəflərin son 10 duelində "bayquşlar"ın cüzi fərqlə üstünlüyü var. Onlar 4 matçda qələbə qazanıbsa, "şirlər" bu oyunlardan 3-ündə qalib gəlib. Eyni sayda da bərabərlik qeydə alınıb. “Sabah” son 3 qarşılaşmada xal qazanıb. “Şamaxı” son 4 ev oyununda qol vurub. Topların nisbətində Masazır təmsilçisi üstündür - 19:10.
Günün ikinci qarşılaşması Zirədə keçiriləcək.
Bakı qəsəbəsinin eyniadlı komandası "Qəbələ"ni qonaq edəcək.
Saat 18:30-da keçiriləcək matçın ədalət təmsilçisi Elçin Məsiyev olacaq.
46 xalı olan "Zirə" turnir cədvəlinin 5-ci sırasında qərarlaşıb. "Qəbələ" isə 30 xalla 11-ci yerdə, autsayderlər zolağında qərarlaşıb.
Tərəflər indiyədək 37 dəfə qarşılaşıb. Bu qarşılaşmalardan 15-ini Bakı klubu, 12-sində "qırmızı-qaralar" qalib gəlib. 10 görüş isə heç-heçə ilə başa çatıb. “Zirə” son 5 matçda uduzmayıb. “Qəbələ” son 3 səfərdə quru hesabla uduzub. Topların nisbəti qonaqların xeyrinədir - 36:41
Bu qarşılaşmanın nəticəsi debütant "İmişli" üçün də ciddi əhəmiyyət kəsb edəcək. Belə ki, qonaqların xal itirməsi halında, region təmsilçisinin Premyer Liqada qalması rəsmiləşəcək.























































































