19 yaşladək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü Şamil Qurbanovun Sportnet.az-a müsahibəsi
- Ermənistanın "Uliss" komandasına keçidinizlə bağlı məsələ nə yerdədir?
- Pis bir şey yoxdur. Bu barədə dəqiq bir şey deyə bilmərəm.
- Yəqin ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin qaydasında olmadığını bilirsiniz. Məgər başqa seçiminiz yoxdur?
- Axı siyasət nəyə görə mənə təsir göstərməlidir? Mənim nə bu, nə də digər xalqa qarşı nifrətim var. Sadəcə, öz sevimli işimlə məşğul olmaq istəyirəm.
- Məgər Azərbaycan yığmasında olduğunuz vaxt məşqçilər sizə Ermənistanla münasibətlərin olmaması barədə bir söz deməmişdilər?
- Mən iki ölkəniz münasibətlərindən xəbərdar idim. Yaxın dostlarım Ermənistandandır. Azərbaycanlı uşaqlarla birgə böyümüşəm, onlarla oynamışam, onları dəyərləndirir və hörmət edirəm. Amma münasibətləri qıran deyiləm. Bir daha deyirəm: Siyasətin mənə dəxli yoxdur. Mənim üçün pis millət yox, pis insanlar var.
- Hamını narazı salan məqam odur ki, bir neçə il Azərbaycanın çörəyini yemisiniz, bu ölkənin bayrağı altında çıxış etmisiniz. Amma münasibətlərdən xəbərdar ola-ola Ermənistana yollanırsınız. Hətta getdiyiniz ölkədə də "Uliss"ə keçidinizə qarşı çıxanlar var. Doğrudanmı ehtiyac içində yaşayan ermənilərin komandasına keçməkdən başqa variantınız yoxdur?
- Heç kimi təhqir etmək lazım deyil. Hamı öz mövqeyində qalsın. Mənim mövqeyim isə fərqlidir. Fikrinizə hörmətlə yanaşıram, amma razı deyiləm