
UDUTürkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün növbəti yoldaşlıq görüşünə çıxır. Sportnet.az-ın Antalyada olan əməkdaşının verdiyi məlumata görə, yığmamız Belarusun U-17 millisi ilə üz-üzə gəlir.
Bu, komandamızın Antalya toplanışı çərçivəsində ikinci oyunudur. Daha öncə millimiz İsveçrənin "Benfika" (Sürix) klubu ilə görüşüb və 9:0 hesabı ilə qalib gəlib.
14:00. Azərbaycan U-16 - Belarus U-17 - 1:2
Millimizin qolu: Pilağa Mehdiyev, 40