1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Adanaspor" uddu, Məhərrəmov seyr etdi
Türkiyə I Liqasında XXII turun son oyununda "Adanaspor"la "Samsunspor" üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qonaqların heyətində yeganə qolu 58-ci dəqiqədə "Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanov vurub. Lakin 61-ci və 90+2-ci dəqiqələrdə Ahmet Dereli fərqlənərək, komandasının qalibiyyətini təmin edib. "Adanaspor"un azərbaycanlı müdafiəçisi Cəmşid Məhərrəmov görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarını 28-ə yüksəldən "Adanaspor" 11-ci pilləyə qalxıb. "Samsunspor" isə 33 xalla 7-ci pillədə qalıb.