"Qəbələ" klubu Sloveniyadakı təlim-məşq toplantısı çərçivəsində növbəti yoxlama matçını yerli "Koper" komandasına qarşı keçirib. Sportnet.az-ın "Koper"in rəsmi saytına istinadən məlumatına görə, Mariborda baş tutmuş qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Matç yerli komandanın üstünlüyü şəraitində keçib. Yeganə qolu 80-ci dəqiqədə künc zərbəsindən sonra Miroslav Çovilo imza atıb. Bu görüşdə "Koper" 60-cı dəqiqəyədək əsasən gənc futbolçulardan qurulmuş heyətlə mübarizə aparıb. Sonradan meydana daha təcrübəli oyunçular daxil olub. Məhz bunun nəticəsində Sloveniya təmsilçisi minimal hesablı qələbə qazana bilib.
Bu, yeni baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında "Qəbələ"nin ikinci yoxlama matçı olub. İlk görüşdə təmsilçimiz Sloveniyanın III liqasında çıxış edən "Stoynitsa"nı yenib - 1:0. Muntyanunun komandası iyunun 21-də Bolqarıstan "Botev"i, iyunun 26-da isə Sloveniya "Maribor"u ilə qarşılaşacaq.
Qeyd edək ki, "Koper" Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin potensial rəqiblərindəndir. Ötən mövsüm Sloveniya çempionatı da 4 dövrədən ibarət olub və yekunda bu klub ikinci yeri tutub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |