Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov, Aydın Süleymanlı və Məhəmməd Muradlı qara fiqurlarla keçirdikləri görüşlərdən qalib ayrılıblar. Daha 4 oyun heç-heçə ilə yekunlaşıb.
Qadınların yarışında isə yalnız bir qarşılaşmada tərəflər xalları yarıya bölüblər. Türkan Məmmədyarova özündən aşağı reytinqli Nərmin Kazımovaya qara fiqurlarla uduzubsa, qalan görüşlərdən favoritlər qalib ayrılıblar.
Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olacaq. Yanvarın 5-də tərəflər bu dəfə əks fiqurlarla üz-üzə gələcəklər. Bütün görüşlər saat 15:00-da start götürəcək.
Azərbaycan çempionatı, 1/8 final
Kişilər
Şəhriyar Məmmədyarov (2732) - Fərid Abbasov (2487) - 1:0
Nicat Məmmədov (2582) - Məhəmməd Muradlı (2588) - 0:1
Nicat Abasov (2616) - Misrətdin İskəndərov (2515) - 0,5:0,5
Read Səmədov (2501) - Aydın Süleymanlı (2623) - 0:1
Rauf Məmmədov (2656) - Vüqar Rəsulov (2500) - 0,5:0,5
Əhməd Əhmədzadə (2543) - Vasif Durarbəyli (2614) - 0,5:0,5
Eltac Səfərli (2609) - Vüqar Əsədli (2551) - 0,5:0,5
Namiq Quliyev (2487) - Teymur Rəcəbov (2698) - 0:1
Qadınlar
Lalə Hüseynova (1972) - Günay Məmmədzadə (2412) - 0:1
Nərmin Abdinova (2186) - Səbinə İbrahimova (2177) - 0,5:0,5
Mələk İsmayıl (2122) - Gülnar Məmmədova (2333) - 0:1
Xanım Balacayeva (2355) - Ləman Hacıyeva (2079) - 1:0
Məryəm Ağaverdiyeva (2031) - Ülviyyə Fətəliyeva (2381) - 0:1
Ayan Allahverdiyeva (2284) - Zeynəb Məmmədyarova (2145) - 0:1
Nərmin Kazımova (2167) - Türkan Məmmədyarova (2197) - 1:0
Gövhər Beydullayeva (2404) - Səbinə Rzalı (2027) - 1:0
Qeyd edək ki, kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Çempionata 15 fevralda yekun vurulacaq.