
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov İzmir şəhərində Türkiyə Şahmat Federasiyasının rəhbəri Fethi Apaydınla görüşüb.
Sportnet.az xəbər verir ki, federasiya nümayəndələrinin iştirakıyla keçirilən ikitərəfli görüşdə federasiyalar arasında əlaqələrin inkişafı, mötəbər yarışların təşkilatçılığında təcrübə mübadiləsi və Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının gələcək planlarıyla bağlı müzakirələr aparılıb.
AŞF rəhbəri M.Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına milli ornamentlərlə bəzədilən hədiyyə təqdim edib.
Eyni zamanda Fethi Apaydın da AŞF prezidenti Mahir Məmmədova qurum adından xatirə hədiyyəsini verib.
Səfər zamanı AŞF rəhbəri 11-ci Çeşmə Beynəlxalq Şahmat turnirinin blits yarışında çıxış edərək, iştirakçıları salamlayıb, ardınca isə rəmzi ilk gedişi reallaşdırıb.