
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında komanda yarışında gümüş medal qazanmalarını şərh edib.
14 yaşlı idmançı Sportnet.az-a açıqlamasında Rusiya ilə final görüşündə rəqibi Yevgeni Dosovun bəxtinin gətirdiyini bildirib.
O, Dosova fərdi mübarizədə qalib gələcəyinə söz verib: "Rusiya ya finalda məğlub olduq. Mən sonuncu seti 9:11 hesabı ilə uduzdum, ama rəqibimin çox bəxti gətirdi. Söz verirəm ki, şəxsi görüşdə onu məğlub edəcəyəm".