
Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 5-ci turun görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Yunanıstan komandası ilə qarşılaşıb.
Bütün partiyalarda qalib müəyyənləşməyib və matç 2:2 hesablı heç-heçə ilə nəticələnib. Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.
Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2:2. Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.
Bu gün Avropa çempionatında 6-cı turun partiyaları oynanılacaq. Hər iki komanda püşkə əsasən, Ermənistan şahmatçıları ilə qarşılaşacaq.