Fevralın 28-dən start verilən stolüstü tennis üzrə dünya çempionatında Azərbaycan yığma komandası öz qrupunda reytinqinə görə daha öndə olan Argentina, Qazaxıstan, Qvatemala, Latviya və Monqolustan komandaları ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, yığmamız ilk olaraq Qvatemala yığmasını 3:1 hesabı ilə məğlub edib.
Ardınca Argentinana 3:0, Qazaxıstana isə 3:1 hesabı ilə qalib gəlib. Monqolustan yığması ilə görüş 3:0 hesabı ilə başa çatıb.
Komandamız martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya yığması ilə keçirəcək.