Qadın qrossmeysterlərdən ibarət Azərbaycan yığması 42-ci Ümumdünya Şahmat Olimpiadasına Qəbələdə hazırlaşır. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Sportnet.az- verilən məlumata görə, son təlim-məşq toplanışında qadın şahmatçılarımız Gürcüstan komandasıyla yoxlama görüşündə iştirak edib.






































































