
Macarıstanın məşhur qadın şahmatçısı, tarixdə ən gənc qrossmeyster sayılan Yudit Polqar karyerasını başa vurub. Sportnet.az-ın "The Times" nəşrinə istinadən məlumatına görə, Polqar bu qərarı 38 yaşında verib.
15 yaş 4 ay 28 günlüyündə qrossmeyster adını alan zəka ustası hazırda dünya şahmat reytinqinin "100-lüy"ündə qərarlaşmış yeganə qadındır. Beynəlxalq Şahmat Federasiyasının qadınlar üçün açıqladığı reytinqə o, 1989-cu ildə 12 yaşında başçılıq edib. Polqarın 2005-ci ildə əldə etdiyi göstərici - 2735 xal isə superqrossmeyster səviyyəsində olub.
Qeyd edək ki, Yudit Polqar 1991-ci ildə Macarıstan çempionu, bir çox turnirin qalibi, eləcə də 2003-cü ilin Veyk-an-Zeye superturnirinin ikincisi olub. O, sürətli şahmatda Anatoli Karpov və Harri Kasparovu məğlub etməyi bacarıb.