Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirindən danışıb. Sportnet.az-ın məlumatına görə, Rüstəmov turniri şahmatsevərlər üçün əsl bayram adlandırıb.
O bildirib ki, Bakıda mübarizə aparan 12 güclü şahmatçı üçün hər cür şərait yaradılıb: "Sözsüz ki bizim şahmatçıların qalib gəlməsini çox istərdik. Həm Teymur Rəcəbova, həm də Şəhriyar Məmmədyarova ümid böyükdür".
Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinovla söhbətində ölkə başçısı İlham Əliyevin şahmatın inkişafına dair imzaladığı Dövlət Proqramının müzakirə edildiyini də açıqlayıb: "Proqramın icrası həyata keçirildi. Kütləvilik, şahmatın daha da populyarlaşması üçün işlər görüldü. Millimiz bu illərdə iki dəfə Avropa Çempionu oldu, "SOCAR Azerbaijan" klubu sayəsində iki dəfə Avropa Kubokunu qazandıq. Dövlət Proqramının daha 5 il müddətinə artırılmasına zərurət yaranıb. Bəzi məsələlər var ki, onları reallaşdırmaq lazımdır. Şahmatın daha yüksək səviyyədə təqdim olunması üçün bu, vacibdir. İnfrastruktur artıq yaradılıb. Ölkədə 65 uşaq şahmat məktəbi fəaliyyət göstərir. Eyni zamanda FİDE rəhbərliyini əmin etdik ki, Azərbaycan gələn Dünya Kuboku, 2016-cı ildə isə şahmat olimpiadasını yüksək səviyyədə keçirəcək".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |