1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karlsen - Karuana: 7 saat və 115 gediş
İngiltərənin paytaxtı Londonda şahmat üzrə dünya çempionu adı uğrunda görüşlərə start verilib.
Sportnet.az-ın məlumatına görə, şahmat tacı üçün hazırkı çempion, norveçli Maqnus Karlsenlə İddiaçılar Turnirini qazanmış amerikalı Fabiano Karuana mübarizə aparır. İlk partiya 115-ci gedişədək və 7 saatdan çox davam edib. Karuana ağ fiqurlarla Karlsenlə heç-heçə edib. Sonuncu dəfə açılış oyununun belə hesabla bitmədiyi görüş 2010-cu ilə təsadüf edib. Həmin vaxt bolqarıstanlı Veselin Topalov hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandı yenib.
Qeyd edək ki, Maqnus Karlsen Fabiano Karuana ilə noyabrın 28-dək daha 11 partiyada üz-üzə gələcək. Bu müddətdə yekun qalib müəyyənləşməsə, qısaldılmış nəzarət vaxtı ilə daha 4 partiya keçiriləcək. Tay-breykdə hesab yenə bərabər olsa, tərəflər daha 10 partiya blits, 1 partiya "armageddon" oynayacaqlar.