1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Anand məğlubiyyətin əvəzini çıxdı
Rusiyanın Soçi şəhərində hindistanlı Vişvanatan Anandla norveçli Maqnus Karlsen arasında keçirilən şahmat üzrə dünya çempionluğu uğrunda matçda 3-cü tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ağ fiqurlarla oynayan Anand 34-cü gedişdə qələbəyə nail olub.
Bununla da ümumi hesab bərabərləşib - 1,5:1,5. 4-cü turun görüşü noyabrın 12-də olacaq.
Qeyd edək ki, Vişvanatan Anandla Maqnus Karlsen arasında görüş 12 turdan ibarət olacaq. Qrossmeysterlər 12 dəfə üz-üzə gələcəklər. Heç-heçə təqdirində, qalib tay-breyklə müəyyənləşəcək. Ümumi mükafat fondu 1 milyon avrodur.