İyunun 15-21 aralığında Dubayda kişilər arasında şahmatın
rapid (15 dəqiqə) və blits (5 dəqiqə) növləri üzrə növbəti dünya çempionatı
keçiriləcək. Sportnet.az-ın məlumatına görə, 125 şahmatçının mübarizə aparacağı
yarışda Azərbaycan 8 dərin zəka ustası ilə təmsil olunacaq.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev və Nicat Abbasovun iştirak edəcəyi dünya çempionatının reytinq-favoriti klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsendir.
Qeyd edək ki, ötən il keçirilən analoji yarışın blits növündə Şəhriyar Məmmədyarov dünya çempionu adını qazanıb.