Rusiyalı qadın şahmatçı Aleksandra Kostenyuk Teymur Rəcəbovun koronavirus səbəbindən Yekaterinburqdakı İddiaçılar Turnirindən imtina etməsinə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 36 yaşlı qrossmeyster “Sport-express”ə müsahibəsində bu barədə müzakirələr aparılmasına təəccübləndiyini vurğulayıb: “Rəcəbov oynamaq imkanı qazandı, amma imtina etdi. Bunu hər hansı bir şeylə motivasiya edə bilərsiniz. Psixoloji cəhətdən hazır olmadığını dedi? Məncə, hər vəziyyətdə oynamağa hazır olmaq idmançının məsuliyyətidir. Hazır deyilsinizsə, çox narahat olursunuz və oyunu cəmləşdirə bilmirsiniz – yaxşı bilmirəm. Hər şey eyni şəraitdədir”.
Kostenyuk FIDE-nin turnirin müəyyən səviyyədə keçirilməsini, idmançıların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdüyünü sözlərinə əlavə edib: “Ancaq turnir ərzində hər şeyin baş verə biləcəyi aydındır. Bildiyiniz kimi, səyahət edərkən, virusa yoluxmaqdan daha qorxunc hekayələr var”.
Qeyd edək ki, Teymur Rəcəbov Rusiyanın Yekaterinburq şəhərindəki İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub. Yarış 7 turdan sonra Rusiya hökumətinin beynəlxalq uçuşları dayandırması səbəbindən yarımçıq qalıb.