
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. İkinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər. İlk oyun günündən Karlsen 3:1 hesabı ilə üstünlüklə ayrıldığı üçün mərhələnin qalibi olub.
3-cü yeri isə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tutub. Levon Aronyanı (Ermənistan) ikinci oyun günündə 2,5:0,5 hesabı ilə yenən Azərbaycan təmsilçisi iki günün yekununda qalib adını qazanıb. İlk oyun günündə heç-heçə qeydə alınmışdı - 2:2.
Çempionlar Turu: "New In Chess"
Final
21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 2:2 (0:1, 0,5:0,5; 1:0; 0,5:0,5)
İlk oyun - 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2,5:0,5 (1:0; 0,5:0,5; 1:0)
İlk oyun - 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb.