Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, kişilərdən ibarət komanda Niderland yığması ilə, qadınlar isə Rusiya ilə üz-üzə gələcək.
Avropa çempionatı, VII tur
19 noyabr
Kişilər
Niderland - Azərbaycan
Aniş Giri - Şəhriyar Məmmədyarov
Yorden Van Forest - Teymur Rəcəbov
Maks Varmerdam - Qədir Hüseynov
Erik Van Der Doel - Nicat Abbasov
Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayacaq.
Qadınlar
Azərbaycan - Rusiya
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina
Xanım Balacayeva - Katerina Laqno
Ülviyyə Fətəliyeva - Valentina Qunina
Gövhər Beydullayeva - Polina Şuvalova
Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, 6 turdan sonra 9 xalı olan kişilərdən ibarət yığma Ukrayna, İspaniya, Niderland və Ermənistanla birlikdə 2-6-cı yerləri bölüşdürür. Qadınlar isə 9 xalla 3-4-cü yerlərdə gedir.