Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen və rusiyalı iddiaçı Yan Nepomnyaşi arasındakı görüşün mükafat fondu 2 milyon avro olacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç açıqlama verib.
Dvorkoviç bildirib ki, qalib qrossmeyster 60 faiz, uduzan isə 40 faiz qazanacaq. Məsələ tak-breykədən uzansa, mükafat fondu 55/45 faiz nisbətində bölünəcək.
FIDE prezidentinin fikrincə, bu, XXI əsrin çempionluq matçları arasında ən yüksək mükafat məbləğidir: "Mükafat fondunun səviyyəsi və maliyyə təminatı baxımından, ötən illərin ən ciddi qarşılaşmalarından birini izləyəcəyik. Harri Kasparovun iştirakı ilə keçirilmiş qarşılaşmalardan sonra belə maliyyə şərtləri olmayıb".
Qeyd edək ki, Maqnus Karlsen - Yan Nepomnyaşi görüşü 24 noyabr - 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.