“Maraqlı, baxımlı oyun alındı. Hər iki komanda mübarizə apardı".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Oleksandr Kosenko Bakıda Azərbaycan yığmasına 4:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.
O, komandasından razı qaldığını söyləyib: "Topa biz daha çox nəzarət edirdik. Əlbəttə, səhvlərimiz də oldu. İndi onları analiz edəcəyik və Avropa çempionatına qədər düzəltməyə çalışacağıq. Oyunun əvvəli bir qədər gərgin keçdi. Halbuki bu tərəflərdən heç birinə lazım deyildi. Çünki hər iki kollektivi cəmi bir aydan sonra daha cavib turnir gözləyir”.