Dama üzrə rusiyalı 7 qat dünya çempionu Tamara Tansıkkujina beynəlxalq yarışlardan və reytinq cədvəlindən kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Dama Federasiyasının vitse-prezidenti və yığmanın baş məşqçisi Yuri Çertok açıqlama verib.
O bildirib ki, Tansıkkujinanın adı Ümumdünya Dama Federasiyasının (FMJD) rəsmi resurslarından silinib. Həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə qeyri-obyektiv açıqlamalarına görə titullu damaçıya şəxsi sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, daha əvvəl Ukraynadakı müharibə səbəbindən FMJD Rusiya və Belarus Dama Federasiyalarının üzvlüyünü dayandırıb və bu ölkə təmsilçilərinin beynəlxalq yarışlarda iştirakını qadağan edib.