
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VII turunda FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. Qara fiqurlarla oynayan Məmmədyarov 56-cı gedişdə rəqibinə qalib gəlib. Bu, Azərbaycan təmsilçisinin turnirdə ilk qələbəsi olub.
Məmmədyarov I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub.
O, II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.