Avropa Şahmat İttifaqına (ECU) prezident seçkiləri keçirilib.
Sportnet.az ECU-nun rəsmi saytına istinadən xəbər verir ki, Zurab Azmayparaşvili 3-cü dəfə qurumun rəhbəri seçilib. O, qarşıdakı 4 il müddətində bu vəzifəni icra edəcək.
Dana Reyznietse-Ozola prezidentin müşaviri, Qunnar Byornsson və Malkolm Peyn vitse-prezidentlər, Teodoros Tsorbatsoqlu isə baş katib postuna seçiliblər.
Qeyd edək ki, Zurab Azmayparaşvili vaxtilə kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı olub.