
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, yığma II turda Filippin seçməsinə qalib gəlib.
Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.
Komanda ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.
II tur
Filippin – Azərbaycan - 0,5:2,5
Mark Paraqua – Rauf Məmmədov
Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1
Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5
Paulo Bersamina – Nicat Abbasov - 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.