Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, yığma III turda Argentina seçməsinə qalib gəlib.
Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasov isə heç-heçəyə razılaşıb. Hazırda Qədir Hüseynovun görüşü davam edir. 36 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.
Komanda ilk turda Əlcəzairi 4:0, II turda isə Filippini 3:1 hesabı ilə üstələyib.
III tur
Azərbaycan – Argentina 2,5:0,5
Şəhriyar Məmmədyarov - Fernando Peralta - 1:0
Rauf Məmmədov - Federiko Peres - 1:0
Qədir Hüseynov - Leandro Krisa (görüş davam edir)
Nicat Abbasov - Dieqo Flores - 0,5:0,5
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.