Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində start götürəcək şahmat üzrə 23-cü şəxsi Avropa çempionatının mükafat fondu açıqlanıb.
Spornet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarının da qatılacağı turnirdə ilk 23 yeri tutacaq şəxslər mükafatlandırılacaqlar.
Həmin 23 nəfər, eyni zamanda, Dünya Kuboku-2023-ün təsnifat yarışına vəsiqə qazanacaq.
Avropa çempionatının qalibi 20 000 avro əldə edəcək. İkinci yerin sahibi 15 000, üçüncü pillədə qərar tutacaq şahmatçı isə 10 000 avro qazanacaq.
Həmçinin, 18 yaşadək gənclər, 50 yaşdan yuxarı yaşlılar və qadınlar üçün də ayrıca mükafat təsis edilib. Ümumilikdə 100 000 avro mükafat fondu ayrılıb.
40 ölkədən 493 şahmatçının mübarizə aparacağı şəxsi Avropa çempionatı İsveçrə sistemi ilə keçiriləcək və 11 turdan ibarət olacaq.
Ümumi mükafat fondu:
1-ci yer: 20 000 avro
2: 15 000
3: 10 000
4: 7000
5: 6000
6: 5000
7: 4000
8: 3000
9-10: 2500
11-12: 2000
13-14: 1500
15: 1400
16: 1300
17: 1200
18: 1100
19-23: 1000
18 yaşadək şahmatçılar:
1: 1000
2: 600
3: 400
50 yaşdan yuxarı şahmatçılar:
1: 1000
2: 600
3: 400
Qadın şahmatçılar:
1: 1200
2: 900
3: 700
4: 500
5: 400
6: 300
Qeyd edək ki, martın 14-dək davam edəcək qitə çempionatında Azərbaycanı Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyev təmsil edəcəklər.