Bilyard üzrə Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, seçim turunda ilk 3 yeri tutan idmançılar mundiala vəsiqə qazanıblar.
Beləliklə, yığmanın heyətində Ramin Səməndərov (1-ci yer), Seyhun Ağayev (2-ci yer), Yəhya Məmmədov və Azər Hacıyev (hər ikisi 3-cü yer) mübarizə aparacaqlar.
Qeyd edək ki, bilyardın qarışıq piramida növü üzrə dünya çempionatı fevralın 27-dən martın 2-dək keçiriləcək.