
Azərbaycan Şahmat Federasiyasının (AŞF) Növbəti Konfransı işə başlayıb.
Sportnet.azxəbər verir ki, “Radisson Hotel”də təşkil olunan tədbirə gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.
Gündəlikdə bir neçə məsələ yer alıb. Əvvəlcə qurumun fəaliyyəti barədə hesabat məruzəsi dinləniləcək.
Ardınca AŞF prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Federasiyanın hazırki prezidenti Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovdur. Onun yenidən AŞF prezidenti seçilməsi gözlənilir.
Daha sonra AŞF-nin büdcəsi müzakirə olunacaq.