1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahmat üzrə dünya çempionu müəyyənləşdi
İranın paytaxtı Tehranda keçirilən şahmat üzrə qadınlar arasında dünya çempionatının qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Çin qrossmeysteri Tan Çjunyi qızıl medal qazanıb.
O, finalda Ukrayna şahmatçısı Anna Muzıçuka qalib gəlib. Həlledici görüşdə 4 partiyada hesab bərabər olub - 2:2. T.Çjunyi rəqibini tay-breykdə 1,5:0,5 hesabı ilə üstələyib.
Qeyd edək ki, T.Çjunyi çempion titulunu qorumaq üçün "Qran-pri"nin qalibi olmuş digər çinli şahmatçı Szyuy Venszyunla qarşılaşacaq. Görüş 2018-ci ildə Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək.