1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qadın və kişi şahmatçılardan inamlı qələbə - YENİLƏNDİ
Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının III tura start verilib.
Sportnet.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Sloveniya yığmasını üstələyib. Arkadi Naydiç, Rauf Məmmədov və Eltaç Səfərli rəqiblərini məğlub edib. Şəhriyar Məmmədyarov isə görüşünü bərabərliklə başa vurub.
Qadınların yarışında isə rəqib İngiltərə kollektivi olub. Bu duel də Azərbaycan millisinin qələbə isə yekunlaşıb - 3:1. Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəldikləri halda, Günay Məmmədzadə isə rəqibinə məğlub olub.
Azərbaycan - Sloveniya
Şəhriyar Məmmədyarov - Yure Borişek - 0,5:0,5
Arkadi Naydiç - Matey Şebenik - 1:0
Rauf Məmmədov - Yure Şkoberne - 1:0
Eltac Səfərli - Boris Markoja - 1:0
Ş.Məmmədyarovla R.Məmmədov ağ, A.Naydiç və E.Səfərli isə qara fiqurlarla oynaycaqlar.
İngiltərə - Azərbaycan
Yovanka Quska - Günay Məmmədzadə - 1:0
Akşaya Kalayyalaxan - Zeynəb Məmmədyarova - 0:1
Dagne Çiukşite - Xanım Balacayeva - 0:1
Luiza Hed - Gülnar Məmmədova - 0:1
Z.Məmmədyarova ilə G.Məmmədova ağ, G.Məmmədzadə və X.Balacayev isə qara fiqurlarla oynayacaqlar.
Qeyd edək ki, Azərbaycanın hər iki komandası ilk iki turda da qələbə qazanıb.