Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini pisləşdirib. Sportnet.az-ın məlumatına görə, qrossmeysterimiz ötən ayla müqayisədə 5 pillə geriləyərək, 2743 xalla 16-cı yerdə qərarlaşıb.
Digər həmyerlimiz Teymur Rəcəbov 27-ci pillədə yer alıb. Rəcəbovun aktivində 2724 xal var.
Yüzlüyə daxil olan digər təmsilçimiz Rauf Məmmədov 2659 xalla 86-cıdır.
Son dövrlərin əvəzsiz lideri Maqnus Karlssen yenə də 1-ci yeri qoruyub xalayır. Norveçli dünya çempionu 2881 calla potensial rəqibləri üçün əlçatmazdır. İlk üçlüyün digər sakinləri Levon Aronyan (Ermənistan, 2815) və Aleksandr Qrişşukdur (Rusiya, 2792.)
Yığma komandaların reytinq sıralamasına gəlincə, birinciliyi Rusiya qoruyur. İlk üçlüyə Ukrayna və Çin yığmalaı da daxil olmağı bacarıblar.
O ki qaldı yığma komandamıza, həmyerlilərimiz dünyada 13-cü reytinqə sashibdirlər.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |