Şahmat
üzrə dünya Tacı uğrunda görüşün yeri müəyyənləşib. Sportnet.az-ın məlumatına
görə, həlledici görüşdə üz-üzə gələcək hazırki dünya çempionu Maqnus Karlsen və
Tacın sabiq sahibi Vişvanatan Anand Rusiyanın Soçi şəhərində qarşılaşacaqlar.
Qeyd edək ki, 2013-cü ildə dünya reytinq sıralamasında 5-ci yerdə qərarlaşan Anandı üstələyərək, çempionluğa yiyələnən norveçli, titulunu noyabrın 7-dən etibarən qorumağa başlayacaq.