
Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlərə start verilib.
Sportnet.az-ın məlumatına görə, Qubada ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.
Burada müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionu olan şahmatçılar – Zeynəb Məmmədyarova, Abdulla Qədimbəyli, Aydın Süleymanlı və Məhəmməd Muradlı iştirak ediblər.
İki saatdan çox davam edən seansın 18 oyununda heç-heçə qeydə alınıb. 82 görüş beynəlxalq qrossmeysterlərin qələbəsi ilə başa çatıb.
Tədbirin sonunda yeniyetmə şahmatçılara xatirə hədiyyələri təqdim olunub.
Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda paytaxt Bakıda və digər regionlarda da təşkil olunacaq.