
Oqtay Hüseynov III MDB Oyunlarında Azərbaycana üzgüçülük üzrə ilk qızıl medalı qazandırıb.
Sportnet.az xəbər verir ki, bu qələbə Azərbaycan üçün tarixi nailiyyətdir.
Hüseynov Azərbaycan tarixində MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanan ilk idmançıdır. Mükafatlandırma mərasimində ona qızıl medalı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Qələbədən sonra o, təəsüratlarını bölüşüb: “Bu, inanılmaz bir hissdir! Arzum budur ki, Azərbaycan bayrağını qaldırım və hər yarışda himnimiz səslənsin. Komanda yoldaşlarıma uğurlar arzulayıram. Mənə dəstək olan hər kəsə, həmçinin məşqçilərimə xüsusi təşəkkürümü bildirirəm".