Cənubi Koreyanın üzgüçülük üzrə yığma komandasının meneceri Ceon Txek An qadın paltardəyişmə otağında gizli kamera yerləşdirilməsinə dair araşdırmalarla əlaqədar istefa verib.
Sportnet.az xəbər verir ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etmiş An 2013-cü ildə bu hərəkətə yol verməkdə şübhəli bilinir.
O, 2008 - 2012-ci illərdə yığmada baş məşqçi, sonrada isə menecer olub. An biabırçı insidentə görə menecer kimi məsuliyyət daşıdığını bildirib, əsl həqiqətin ən yaxın vaxtlarda açıqlanacağını vurğulayıb.