1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İkiqat olimpiya çempionu vəfat etdi
Keçmiş SSRİ-nin kayak üzrə 2 qat olimpiya və 3 qat dünya çempionu Antonina Seredina vəfat edib.
Sportnet.az-ın məlumatına görə, sabiq idmançı və məşqçi 86 yaşında ikən dünyasını dəyişib.
Rusiyanın Tver şəhərindən olan Seredina 1960-cı il Roma Yay Olimpiya Oyunlarında 1 nəfərlik və 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. O, həmçinin 1968-ci il Mexiko olimpiadasında 2 nəfərlik qayıqla eyni məsafəyə yürüşdə bürünc mükafatçı olub.
Tanınmış idmançının aktivində 8 qat Avropa və 15 qat SSRİ çempionluğu da var. 1960-cı ildə SSRİ-nin ən yaxşı idmançısı sayılan mərhum kayakçı 1970-ci ildə ən yaxşı məşqçi olub.