Avstraliyalı üzgüçü İan Torp Sidneydə qarətə məruz qalıb.

 

Sportnet.az “9News” nəşrinə istinadən xəbər verir ki, qarətçilər idmançının evindən ümumi dəyəri təxminən 100 min dollarlıq əşyalar oğurlayıblar.

 

Onların arasında şəxsi əşyalar, o cümlədən, saatlar və zinət əşyaları olub. Maraqlısı odur ki, oğrular 31 yaşlı idmançının medallarına və digər mükafatlarına toxunmayıblar.

 

Yeni Cənubi Uels ştatının polisi hadisə ilə bağlı istintaqa başladığını açıqlayıb.

 

Qeyd edək ki, İan Torp Avstraliyanın ən titullu idmançılarından biridir. O, Olimpiya Oyunlarında beş dəfə qızıl, üç dəfə gümüş və bir dəfə bürünc medal qazanıb. Bundan əlavə, Torp 11 qat dünya çempionudur.