Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətlərinin ümumi sayı 53 000 nəfərədək endiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Oyunların Təşkilat Komitəsinin rəhbəri Seyko Hasimoto açıqlama verib. Öncədən Tokio-2020-də heyət sayının 180 000 nəfər olacağı güman edilib. Sonradan Yaponiya tərəfi koronavirusun yayılması səbəbindən rəqəmdə dəfələrlə düzəliş edib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçirilməlidir. Martın 20-də təşkilatçılar Oyunları əcnəbi azarkeşlərsiz təşkil etməyə qərara verib.