
Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində fərqlənən kişi karateçilər mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, medalçılar sırasında Azərbaycan təmsilçisi Rafael Ağayev də yer alıb.
Finalda uduzan 36 yaşlı idmançı gümüş medal qazanıb.
Həlledici görüşdə Ağayevə qalib gələn italiyalı Luci Busa olimpiya çempionu olub.