“Şəki” basketbol klubunun yeni baş məşqçisi bəlli olub.
Bölgə təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda türkiyəli mütəxəssis Bedri Meriçə həvalə olunub.
41 yaşlı çalışdırıcı ötən mövsüm “Gəncə” klubunda fəaliyyət göstərib.
Qeyd edək ki, B.Meriç bu vəzifədə nigeriyalı Aleksander Uconu əvəzləyib.