
"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda sonuncu oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, G qrupunda yer alan Bakı klubu səfərdə İsveçin "Norrçöpinq Dolfins" kollektivi ilə qarşılaşıb.
Görüş Azərbaycan çempionunun 83:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Bakıda keçirilmiş qarşılaşma 74:70 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.
Qeyd edək ki, "Sabah" daha əvvəl Yunanıstanın "Marussi" (70:82, 71:82) və Belçikanın "Spiru" komandalarına (68:78,81:82) da məğlub olub.
------------------------------------------
"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda bu gün sonuncu oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.