
"Qalib gəlməyi çox istəyirdik".
Sportnet.az xəbər verir ki, bunu kişilərdən ibarət basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev səfərdə Kosovoya 79:81 hesabı ilə uduzduqları dünya çempionatının Avropa zonası üzrə seçmə oyunundan sonra deyib.
O, qarşılaşmanın hakimliyindən narazı qaldığını dilə gətirib: “Oyundan əvvəl şansların 50-nin 50-yə olduğunu demişdim. Buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular. Bu matçı qazana bilərdik, ancaq alınmadı. Hakimlik haqqında danışmağı sevməsəm də, deməliyəm ki, bu oyunda onların qərarları Kosovoya tərəf idi. Bu da bizə çətinliklər yaradırdı. Buna baxmayaraq, uşaqların yaxşı oynadığını düşünürəm. Bu matçı qazanmağı çox istəyirdik, bu dəfə alınmadı”.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.