
16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Sportnet.az xəbər verir ki, MDB oyunlarına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışı Əskişəhər və Bursa şəhərlərində keçiriləcək. Yığma burada yerli komandalarla yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Martın 26-dək davam edəcək toplanışa rəhbərlik edən Şahin Çatma Türkiyəyə 17 idmançı ilə yollanıb. Ona məşqçi Hamid Anvari kömək edəcək.