
Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunları baş tutub.
Sportnet.az xəbər verir ki, günün birinci yarımfinal oyununda NTD klubu 86:83 hesabı ilə "Neftçi"yə qalib gələrək ilk finalçı olub.
İkinci yarımfinal görüşündə isə region təmsilçiləri üz-üzə gəliblər. "Gəncə" basketbolçuları 86:80 hesabı ilə "Naxçıvan" üzərində qələbə qazanaraq ikinci yarımfinalçı olublar.
Qeyd edək ki, NTD - “Gəncə" final oyunu martın 30-da Bakı İdman Sarayında keçiriləcək.