
Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikov ilə müqavilə müddətini yeniləyib.
Sportnet.az AZƏRTAC-a, istinad xəbər verirki paytaxt klubu qazaxıstanlı mütəxəssislə sözləşməni daha bir il uzadıb.
66 yaşlı çalışdırıcı 2023-cü ildən “dəmiryolçular”da işləyir.
Qeyd edək ki, “Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında son iki ildə Azərbaycan Yüksək Liqasının qızıl medallarına sahib çıxıb.