
Milli Basketbol Assosiasiyası (NBA) "ilin ən yaxşı məşqçisi” nominasiyasında qalibin adını açıqlayıb.
Sportnet.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Klivlend Kavalyers”in baş məşqçisi Kenni Etkinson layiq görülüb.
58 yaşlı mütəxəssisin rəhbərliyi altında Ohayo təmsilçisi cari mövsümdə 64 qələbə və 18 məğlubiyyətlə müntəzəm çempionanın Şərq Konfransında birinci yeri tutub. O, Bill Fitç və Mayk Braundan sonra bu mükafatı qazanan üçüncü "Kavalyers" məşqçisidir.
Qeyd edək ki, "Detroyt Pistons" komandasının baş məşqçisi Cey Bi Bikkerstaff səsvermədə ikinci olub. İlk üçlüyü "Hyuston Rokets"dən İme Udoka tamamlayıb.