
Avropa Qızıl Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportnet.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın baş məşqçisi Faiq Qarayev 14 oyunçuya dəvət göndərib.
Hücumçular: Nikalina Başnakova, Anastasiya Baydyuk, Kseniya Pavlenka, Ülkər Kərimova, Yelizaveta Burkova,
Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova
Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Valeriya Burkova
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Qeyd edək ki, Azərbaycan yığması mayın 30-da Macarıstanla, iyunun 1-də isə Sloveniya seçməsi ilə üz-üzə gələcək.