
Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Avropa çempionatında ilk qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, B divizionunda yer alan komanda 17-19-cu yerlər uğrunda oyunda İrlandiyaya 64:62 hesabı ilə qalib gəlib.
Milli turnirdəki sonuncu matçını sabah, Şimali Makedoniya komandasına qarşı keçirəcək.