Qar voleybolu üzrə ölkə kuboku başa çatıb.
Sportnet.az xəbər verir ki, Şahdağ Turizm Mərkəzində təşkil olunan yarışın son günündə qadınların yarışında üç qarşılaşma baş tutub. Dairəvi sistem üzrə keçirilən yarışda mükafatçılar turnir cədvəlinə görə müəyyənləşib. Bütün oyunlarda qalib gələn “Gəncə” (4 qələbə, 12 xal) birinci, “Milli” (3 qələbə, 8 xal) ikinci, “AZERRAIL” isə (2 qələbə, 6 xal) üçüncü yeri tutub.
Kişilərin yarışında bürünc medal uğrunda “Gənclər” və “Baku Fires” komandaları üz-üzə gəliblər. “Baku Fires” 2:0 hesabı ilə qalib gələrək turnirin üçüncüsü olub. Finalda isə “AZERRAIL” komandası “Qaraqaya” ilə qarşılaşıb. “AZERRAIL” 2:0 hesabı ilə oyunun qalibi olub. Beləliklə, “AZERRAIL” ölkə kubokunun sahibi olub,
“Qaraqaya” komandası isə yarışın gümüş medalını qazanıb.
Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib.
Qalib və mükafatçılara diplom, kubok, medallar və yarışda Azərbaycan Voleybol Federasiyasının tərəfdaşı olan VMF saat fabriki tərəfindən hədiyyələr təqdim olunub.
Mükafatları Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov və VMF saat fabrikinin direktoru Orxan Məmmədov təqdim ediblər.
Oyunların nəticələri
25 yanvar
Qadınlar
“Gəncə” - “Milli” 2:0 (15:8, 15:8)
“Milli-2” - “Qaraqaya” 2:0 (15:7, 15:13)
“AZERRAIL” - “Gəncə” 0:2 (8:15, 12:15)
Kişilər
3-cü yer
“Gənclər” - “Baku Fires” 0:2 (8:15, 14:16)
Final
“Qaraqaya” - “AZERRAIL” 0:2 (5:15, 6:15)

















































































